Paytaxt klubunda yeni müqavilə

Moskva ÇSKA-sı müdafiəçi Villian Roşa ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, "hərbçilər" 29 yaşlı braziliyalını 2026-27 mövsümünün sonunadək heyətdə saxlamaq niyyətindədirlər.

Braziliyalı futbolçu 2022-ci ildən moskvalıların formasını geyinir.

O, "Portimonense"dən Rusiya klubuna transfer olunmuşdu.

Roşa ÇSKA-nın heyətində keçirdiyi 73 oyunda 6 qol və 6 asistlə yadda qalıb.