"Qarabağ" çempionluğa bir qədər də yaxınlaşdı
Bu gün Topaz Premyer Liqasında 25-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Diqqətlə, əsasən, paytaxta yönəlib. Çempionluğa namizəd - "Qarabağ" və "Qəbələ" Respublika stadionunda münasibətləri aydınlaşdırıb. Qarşılaşmada qalib müəyyənləşməyib.
Bununla da, Ağdam təmsilçisi 4 xallıq fərqi qorumaqla çempionluğa bir qədər də yaxınlaşıb.
09 aprel 2017
TPL, 25-ci tur
“Qarabağ” – “Qəbələ” - 0:0
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
Standings provided by Sofascore LiveScore