Pedri zədələndi

“Barselona”nın futbolçusu Pedri zədələnib.

Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə ilk matçda (2:2) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 41-ci dəqiqədə Serji Roberto ilə əvəzlənib.

"Mundo Deportivo"nun yaydığı məlumata görə, ispaniyalı futbolçu təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Pedri “qırmızı şeytanlar”la cavab oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-ü İngiltərədə olacaq.

Banner