Pepe: "Futbol amansızdır"

Portuqaliya millisinin müdafiəşisi Pepe milli komandadakı karyerası ilə bağlı qərar verməkdə çətinlik çəkir.

Sportline.az xəbər verir ki, 41 yaşlı futbolçu bununla bağlı sualı konkret cavablandırmayıb.

"İndi bu elə də vacib məsələ deyil. Gələcəyim haqqında danışmağa hələ vaxtım olacaq. Komanda yoldaşlarımı göstərdikləri oyuna görə təşəkkür etmək daha önəmlidir. Təəssüf ki, futbol amansızdır", - deyə Pepe "CNN"ə bildirib.

Xatırladaq ki, Portuqaliya millisi 1/4 finalda Fransaya penalti seriyasında uduzaraq AVRO:2024-lə vidalaşıb.