Pərvin Məmmədov Azərbaycanın tarixinə düşdü
Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran Pərvin Məmmədov ölkə idmanı tarixinə düşüb.
Sportline.az xəbər verir ki, 26 yaşlı idmançının "bürünc"ü Paralimpiadada pauerliftinq üzrə ilk medalımız olub.
Bununla da Azərbaycan komandasının Paralimpiadalarda medal qazandığı növlərin sayı beşə yüksəlib. Ölkəmizin nümayəndələri indiyədək güllə atıcılığı, cüdo, atletika və üzgüçülük növlərində fərqlənmişdilər. Paralimpiyaçılarımız ölkəmizin hesabına üst-üstə 39 mükafat yazıblar - 9 qızıl, 18 gümüş, 12 bürünc.
Qeyd edək ki, Gündüz İsmayılov Sidney 2000-in pauerliftinq yarışlarında 90 kiloqram çəki dərəcəsi üzrə qalib olsa da, qanında dopinq aşkarlandığı üçün nəticəsi ləğv olunmuşdu.