Pərviz Abdullayev növbəti döyüşə çıxacaq

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşə çıxacaq.

Sportline.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində bacarığını göztərəcək.

O, braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Görüş “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə keçiriləcək.

Qeyd edək ki, bu, təcrübəli idmançımızın peşəkar karyerasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 döyüşdə 49 qələbə qazanıb ki, bunlardan 26-da nokaut qeydə alınıb.