PFL-dən yeni layihə

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

SportLine.az xəbər verir ki, PFL bu dəfə I Divizionda ayın ən yaxşı qolu müəyyənləşdirəcək. 

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.  

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. 
Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.  

Səsvermənin nəticəsinə  görə 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafat bölgədə keçirilən görüşdən öncə təqdim ediləcək. Bu addım jurnalistlərin I Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da işıqlandırılması baxımından atılıb. 

Qeyd edək ki, sorğu 17 oktyabradək qüvvədə olacaq.

Banner