Pirlo "Dubay Yunayted" klubun baş məşqçisi olub

Andrea Pirlo "Dubay Yunayted" ilə müqavilə imzaladı.

Sportline.az xəbər verir ki, İtaliyalı məşqçi Andrea Pirlo bir illik fasilədən sonra yenidən məşqçiliyə qayıdıb.

Son olaraq "Sampdoriya" klubunda çalışan Pirlo sürpriz qərarla Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Dubay Yunayted" ilə anlaşıb.