Pirlo "Yuventus"dan rəsmən ayrıldı
"Yuventus" baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2020-ci ildən "Yuventus"u çalışdırırdı. Komanda ötən mövsüm A seriyasında 4-cü yeri tutub.