Pol Poqba AVRO:2024-də

"Yuventus"un dopinqə görə 4 il cəzalandırılan futbolçusu Pol Poqba Avropa çempionatının 1/8 final matçını stadiondan izləyəcək.

Sportline.az xəbər verir ki, o, Fransa - Belçika görüşündə tribinada olacaq.

Bu haqda "Footmercato" məlumat yayıb.

Xatırladaq ki, bu ilin avqustunda dopinq testi müsbət cavablanan Poqba 4 illik futboldan kənarlaşdırılıb. 

Məşhur futbolçu 2018-ci ildə Fransa millisinin heyətində Dünya çempionu olmuşdu.