Polis ingilis azarkeşləri qanunları pozduqları üçün həbs edib

Almaniya hüquq-mühafizə orqanları AVRO 2024-də narkotik qanunlarını pozduğuna, dava etdiyinə və elektrikli skuter sürdüyünə görə səkkiz ingilis azarkeşi həbs edib.

Sportline.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində  jurnalist Kave Solhekol məlumat verib.

Xatırladaq ki, İngiltərə millisi çempionata Serbiya üzərində 1-0 hesablı qələbə ilə start verib.

Qaret Sautqeytin rəhbərlik etdiyi komanda ikinci oyununda isə Danimarka ilə 1-1 hesablı heç-heçəyə razı olub.