Polşa-Avsrtiya oyununun ən yaxşısı bilinib
"Leyptsiq"in və Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner UEFA tərəfindən Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Polşa ilə oyunun ən yaxşı oyunçusu seçilib.
Spotline.az xəbər verir ki, 24 yaşlı futbolçu görüşün 66-cı dəqiqəsində Avstriyanı irəli çıxaran qolun müəllifi olub.
Qeyd edək ki, tərəflər arasında görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.