Polşa klubu "Qarabağ"dan yazıb
Polşanın "Rakov" klubunun saytı "Qarabağ" barədə yazı dərc edib.
Sportline.az xəbər verir ki, bu gün polyaklar Antalyada Ağdam klubuna qarşı yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ"la yanaşı "Rakov" da hazırda yerli liqalarında turnir cədvəlinə başçılıq edirlər. Görüş ərəfəsində "Rakov"un saytında "Qafqazın "Barselona"sı Türkiyədəki ilk rəqibimizdir" başlıqlı yazıda əvvəlcə Ağdam klubunun tarixi haqda məlumat verilib. Yazıda həmçinin bildirilib:
"Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında bir çox maraqlı oyunçu çıxış edir. Onlardan biri də Musa Qurbanlıdır. Yeri gəlmişkən, 20 yaşlı bu istedadlı hücumçu Qurban Qurbanovun oğludur. O, "Qarabağ"a gəlməzdən əvvəl başqa komandalarda da oynayıb. Qurbanlı karyerasına "Neftçi"də başlayıb, sonra "Zirə"də də çıxış edib. Komandanın diqqət çəkən digər oyunçuları Abdulla Zubir, Kvabena Ovusudur. Onlar Qurbanlı birgə "Qafqazın Barselona"sının hücum xəttini təşkil edirlər".
Yazıda Filip Ozobiç, Qara Qarayev, Kevin Medina, eləcə də "Legiya"nın (Polşa) futbolçusu olmuş Marko Veşoviçin də adı qeyd edilib.
"Bir çox Polşa-Azərbaycan telləri “Qarabağ”la bağlıdır və bunlar təkcə avrokubokların seçmə mərhələsindəki matçlar deyil. Hər iki ölkəni birləşdirən digər nümunələr də var. Yakub Jezniçak “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində oynayıb edib və bu yaxınlarda polyak əsilli braziliyalı Kadi burada parlaq çıxış edib”, – deyə "Rakov"un rəsmi saytı yazıb.