Poqba karyerasını Türkiyədə davam etdirə bilər

Fransa millisinin sabiq futbolçusu Pol Poqba karyerasını “Qalatasaray” klubunda davam etdirə bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Qalatasaray” klubunun Poqbanın meneceri ilə danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, dopinqə görə diskvalifikasya olunan futbolçunun cəzası 4 ildən 18 aya endirilib.

Hazırda "Yuventus"a məxsus olan oyunçuya martdan etibarən rəsmi oyunlarda meydana çıxmağa icazə veriləcək.