"Porto" yeni transferini açıqlayıb

Luk de Yonq artıq "Porto"nun heyətindədir.

Sportline.az xəbər verir ki, Portuqaliya təmsilçisi 34 yaşlı forvardın transferini rəsmi şəkildə açıqlayıb. De Yonq PSV-dən ayrıldıqdan sonra azad agent statusunda "Porto" ilə müqavilə bağlayıb.

Qeyd edək ki, o, ötən mövsüm Erediviziyada 31 matçda iştirak edərək 14 dəfə rəqib qapılarına yol tapıb və 8 məhsuldar ötürmə ilə yadda qalıb.