"Porto"nu "Nyukasl"a dəyişə bilər
"Nyukasl Yunayted" isveçli forvardı Aleksander İsak klubdan ayrılarsa, "Porto"dan Samu Aqhehovanı transfer etməyə çalışacaq.
Sportline.az jurnalist Eduardo Burqosun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu ispaniyalı futbolçu üçün 50 milyon avroluq təklif hazırlayır.
21 yaşlı futbolçunun "Porto" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Aqhehova ötən mövsüm meydana çıxdığı 45 matçda 27 qol 3 asistlə yadda qalıb.