"Portu" baş məşqçi ilə yeni müqavilə imzaladı

"Portu" baş məşqçisi ilə yola davam edir.

Sportline.az xəbər verir ki, Portuqaliya nəhəngi Serjiu Konseysau ilə yeni müqavilə bağlayıb.

Yeni anlaşmanın müddəti 2028-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildən "Portu"nu çalışdıran 49 yaşlı mütəxəssis komandaya 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun sahibi adını qazandırıb.

Bundan əvvəl yayılan xəbərlərdə onun "Barselona"nın maraq dairəsində olduğu bildirilirdi.