Portuqaliya millisinin Bakıya gələcək heyəti bəlli oldu

Bakıda keçiriləcək 17 yaşadək futbolçuların Avropa çempionatında iştirak edəcək Portuqaliya millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Eliu Souza ilkin siyahıda 23 futbolçuya yer verib:

Joao Virginya ("Arsenal", Fransa), Ruben Vinaqre ("Monako", Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Joze Qomes; Joao Filipe, Mesaq Dju, Nunu Santuş (hamısı "Benfika"), Domingos Quina ("Vest Hem", İngiltərə), Dioqo Koşta, Dioqo Dalot, Dioqo Leyte, Diogo Keyruş, Lameyra (hamısı "Portu"), Mikael Almeyda ("Lion", Fransa), Luiş Maksimiano, Migel Luiş, Joao Oliveyra, Tyerri Korreya, Rafael Leao (hamısı "Sportinq"), Luiş Silva ("Stok Siti", İngiltərə), Romen Korreya ("Vitoriya").

Qeyd edək ki, Portuqaliya seçməsi millimizlə eyni qrupda yer alır.