Portuqaliya yoxsa Xorvatiya?
Futbol üzrə Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, Portuqaliya - Xorvatiya mundialın ən maraqlı afişalarından biri hesab olunur. Azarkeşlər bu komandaların ifasında baxımlı futbol tamaşasına ümid bəsləyirlər. Portəgizlərin baş məşqçisi Roberto Martines matçın gərgin alınacağını deyib:
"Bizim üçün sanki ikinci bir Dünya Çempionatı başlayır və komanda olaraq bu pley-off mərhələsinə tamamilə fərqli bir motivasiya ilə hazırlaşmışıq. Bütün futbolçular komandaya kömək etmək üçün tam hazır vəziyyətdədirlər. Xorvatiya bizim çox yaxşı tanıdığımız, çox güclü struktura malik rəqibdir və onlar da bizim istedadımızı, güclü tərəflərimizi yaxşı bilirlər, Bu baxımdan, bizi olduqca gərgin bir mübarizə gözləyir. Kriştiano Ronaldo və Luka Modriçin yaşını daim müzakirə edirlər. Yaş isə sadəcə bir rəqəmdir. Hər iki futbolçu nümayiş etdirdiyi oyun və geyinmə otağındakı nümunəvi davranışı ilə milyonlarla gəncə ilham verən əsl idman ikonalarıdır."
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç də oyunun gərgin mübarizəyə səhnə olacağı qnaətindədir:
"Hesab edirəm ki, sabah meydanda əsl yarımmüdafiəçilərin savaşı olacaq. Portuqaliyanın orta xəttində taktiki cəhətdən mükəmməl və hər an topa sahib olmaq istəyən çox təhlükəli futbolçular yer alır. Onların komanda olaraq çox az zəif nöqtəsi var və qrup mərhələsində bizim kimi nisbətən zəif çıxış etmələri rəqibi əsla kiçiltmir. Bu tarixi oyun həm Modriç, həm də Ronaldo üçün Dünya Çempionatlarında sonuncu ola bilər. Amma biz diqqətimizi yalnız fərdi adlara deyil, ümumi kollektiv mübarizəyə yönəltmişik."
Qeyd edək ki, Portuqaliya - Xorvatiya görüşü iyulun 3-ü Bakı vaxtı ilə gecə saat 3-də başlanacaq.