Portuqaliyadan İngiltərəyə

"Tottenhem" daha bir futbolçunu heyətinə qatmağa yaxındır.

Sportline.az jurnalist Fabrizio Ramonunun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, London təmsilçisi  23 yaşlı müdafiəçi Pedro Porronun keçidi ilə bağlı Portuqaliyanın "Sportinq" klubu ilə razılaşmanın son mərhələsindədir. Klub artıq futbolçu ilə müqavilənin şəxsi şərtlərini razılaşdırıb.

 Porro ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm "Sportinq"in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 4 qol vurub və 9 qolun ötürməsini verib.