Premyer Liqada ayın ən yaxşı məşqçisi
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında noyabr və dekabr aylarının ən yaxşı çalışdırıcısı seçilib.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu müddətdə "Arsenal" Premyer Liqada dörd oyun keçirib və hamısında qələbə qazanıb. Artetanın komandası "Çelsi" (1:0), "Vulverhempton" (2:0), "Vest Hem" (3:1) və "Brayton"u (4:2) məğlub edib.