Prezident dünya çempionları ilə görüşüb

Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib. Sportline.az "AzərTAc"a istinadən xəbər verir ki, görüş iştitakçıları arasında ağır çəkili bokçular arasında dünya çempionu Vitali Kliçko və Evander Holifild də olub. Qeyd edək ki, Konvensiya oktyabrın 6-dək davam edəcək.