Prezidentin komandasına heç kim qalib gələ bilmir

Ölkə prezidenti tərəfindən ötən il yaradılan və Türkmənistan çempionatının 2022/2023 mövsümüdə bütün oyunları qazanaraq çempion olan "Arkadaq" futbol klubu bu il də inamlı çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, 11 həftəsi geridə qalan Türkmənistan Liqasında bütün oyunlarını qazanan "Arkadaq" 33 xalla liderdir.

Klub keçirdiyi 11 oyunda 55 qol vurub, 5 qol buraxıb.

2023-cü ilin əvvəlində yaranan klub bu günə kimi yalnız yoldaşlıq oyununda "Şaxtyor Donetsk"ə məğlub olub.(1-4)

Qeyd edək ki, "Arkadaq" ötən mövsüm Türkmənistan Liqasında 24 turdan sonra 72 xalla çempion olmuşdu.