Prosineçki: "Azərbaycanda istedadlı futbolçular çoxdur"
“Artıq bir ildir ki Azərbaycanda olduğumdan çox şadam. İnanıram ki, gələn il bizim üçün daha yaxşı alınacaq”, - deyən Robert Prosineçki 2015-ci ildə görülən işlərdən söhbət açıb: “Başa çatmaqda olan il ərzində komandanın oyununu yaxşılaşdırmağı və nəticə əldə eləməyi bacardıq. 2018-ci il dünya çempionatının təsnifat mərhələsində daha yaxşı oyun göstərməyə çalışacağıq”.
“Təsnifat mərhələsinədək iki təlim-məşq toplanışı var”, - deyən millinin baş məşqçisi komandaya cəlb olunan gənc futbolçulara güvəndiyini bildirib: “Azərbaycanda istedadlı futbolçular çoxdur. İnanıram ki, gələn il uğuru çıxışla azarkeşləri sevindirəcəyik. Fürsətdən yararlanıb hamınızı dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm.