Prosineçki indi də "Valensiya"nın hədəfində?
Milli komandamızın çalışdırıcısı Robert Prosineçkiyə"Valensiya" klubundan təklif gəlib. Sportline.az "kicker"ə istinadən xəbər verir ki, İspaniya təmsilçiləri növbəti mövsümə xorvatiyalı mütəxəssislə başlamaq niyyətindədirlər. Bu məqsədlə 48 yaşlı mütəxəssisin nümayəndəsi Yaşar Çalışır ötən gün "Valensiya" rəsmiləri ilə görüşüb. Ona klubun uzunmüddətli əməkdaşlıq üçün baş məşqçi axtardığı bildirilib. Xatırladaq ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir.