Prosineçkinin "Trabzonspor"la anlaşdığı bildirilir
Milli komandamızın baş məşqçisi Robert Prosineçki karyerasını Türkiyədə davam etdirə bilər. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı xorvatiyalı "Trabzonspor"la razılığa gəlib. Qara dənizlilərin onunla ilə 1,5 milyon avroya anlaşdığı bildirilir.
Xatırladaq ki, Robert Prosineçki 2012/13 mövsümündə “Kayserispor”u çalışdırıb. Onun AFFA ilə müqavilə müddəti bu ilin dekabrında bitəcək.