PSJ - "Borussiya": Oyunqabağı son durum

Bu gün Uefa Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürür.

Sportline.az xəbər verir ki, PSJ 0-1 hesabı ilə məğlub olduğu görüşün revanşında "Borussiya Dortmund"u qəbul edəcək.

Komandalar demək olar ki, meydana optimal heyətlə çıxacaqlar.

Oyunqabağı Fransa təmsilçisinin heyətində yalnız Lukas Ernandez zədə səbəbindən bu oyunu buraxacaq.

Qonaqlarda isə ciddi bir itki nəzərə çarpmır.

İtaliyalı hakim Daniele Orsatonun idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, yarımfinalın digər cavab matçı sabah keçiriliəcək.

Söhbət "Real Madrid" – "Bavariya" görüşündən gedir. İlk oyunda hərəyə 2 qol vuran rəqiblərin cavab matçı da gərgin və maraqlı mübarizə vəd edir.