PSJ bu gün “Atalanta” ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportline.az xəbər verir ki, son çempion “Paris Sen-Jermen” “Park De Prens”də “Atalanta” ilə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda PSJ-də Dezire Due, Usman Dembele, Lukas Beraldo və Kanq Li oyunun iştirak ərzəsində yer almayıb.
Xviça Kvaratsxeliyanın durumuna oyunlarında aydınlıq gələcək.
“Atalanta” klubunda da itkiləri sayı kifayət qədərdir. Ademula Lukman, Cianluka Skamakka, Maykl Bakker və Sead Kolaşinaç baş məşqçi İvan Yuriçin sərəncamında olmayacaq.
Qeyd edək ki, PSJ – “Atalanta” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü isveçrəli Sandro Şörer idarə edəcək.