PSJ bu gün “Bavariya” ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turuna bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” “Park De Prens” stadionunda “Bavariya” ilə münasibətlərini aydınlaşdıracaq.

Luiz Enrikenin komandasında əsas itki Dezire Duye və İlya Zabarninin adı ilə bağlıdır.

“Bavariya”da isə Alfonso Deyvis, Hiroki İto və Camal Musiala zədəlidir.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək görüşü italiyalı hakim Maurizio Mariani idarə edəcək.