PSJ-dən inamlı qələbə

PSJ Fransa Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Paris klubu 27-ci turda "Dijon"un qonağı olub. Matç Maurisio Poçettinonun baş məşqçisi olduğu komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Dijon" - PSJ - 0:4
Qollar
: Kin, 6, Mbappe, 32-pen, 51, Pereyra, 82

Bu qələbə ilə xalını 57-yə yüksəldən PSJ turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Lill" 57 xalla 2-ci, "Lion" 55 xalla 3-cüdür.