PSJ-nin futbolçusu klubdan ayrılmaq niyyətindədir

"Paris Sen-Jermen"in brazilyalı stoperi Lukas Beraldo klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda nüfüzlu "Lequipe" nəşri məlumat yayıb.

Paris klubu oyunçunu 30 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Beraldo PSJ-yə 2024-cü ilin yayında "Sau Paulo"dan 20 milyon avroya transfer olunmuşdu.