PSJ-nin gizli planı üzə çıxıb

UEFA Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya məğlub olaraq mübarizəni dayandıran PSJ gələn mövsüm üçün transfer çalışmalarına başlayıb.
Sportline.az goal.com-a istinadən xəbər verir ki, Paris klubu zədə səbəbi ilə mövsümü başa vuran Neymarı satışa çıxarmağı, müqaviləsi bitən Messi ilə yolları ayırmağı düşünür.

Kiliyan Mbappeni isə nə olursa olsun heyətdə saxlamağı planlayan parislilər 2 ulduz futbolçunu da rənglərinə bağlamaq niyyətindədirlər.

PSJ "Napoli"də möhtəşəm mövsüm keçirən Viktor Osimhen, "Benfika"dan isə Potuqaliya futbolunun gələcəyi hesab olunan Qonsalo Ramosu heyətinə qatmaqda israrlıdır.