PSJ-nin ulduzu İngiltərədə çıxış edə bilər
"Paris Sen-Jermen"in italiyalı qapıçısı Canluici Donnaruma karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 26 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Donnaruma İngiltərədə oynamaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, təcrübəli kiperin transfer qiyməti 40 milyon avrodur.