PSJ növbəti mövsüm üçün yeni formalarını təqdim edib

Fransa klubu PSJ növbəti mövsüm geyinəcəyi ev formalarını təqdim edib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, yeni formaların sponsoru ABŞ-nin "Nike" şirkəti olacaq.

Yeni formalarla meydana ilk olaraq PSJ-nin qadın komandası sabah keçiriləcək Fransa kuboku matçında çıxacaq.

Kişilərdən ibarət futbol komandası isə yeni formalarla ilk matçına Liqa 1-in 33-cü həftəsində baş tutacaq "Tuluza" ilə oyunda çıxacaqlar.

Qeyd edək ki, PSJ Fransanın ən titullu komandasıdır.Paytaxt klubu 12 dəfə Liqa 1-i, 14 dəfə Fransa kubokunu, 9 dəfə Fransa Liqa kubokunu, 12 dəfə isə Fransa Super Kubokunu qazanıb.