PSJ “Tottenhem”ə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” “Park De Prens”də “Tottenhem”lə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda Luiz Enrikenin komandasında Əşrəf Hakimi, Dezire Doye və Usman Dembele zədədən əziyyət çəkir.
“Tottenhem”də itkilərin sayı kifayət qədərdir. Ben Deyvis, Deyan Kulusevski, Ceyms Medisson, Kota Takai, Radu Draquşin, İvi Bissuma, Dominik Solanke zədə, Brennan Conson isə cəza səbəbindən oyunda iştirak etməyəcək.
Qeyd edək ki, start fiti saat 12-də səsləcənək görüşü almaniyalı Feliks Zvayer idarə edəcək.