Putin Valeri Qazzayevi III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya millisinin və ÇSKA-nın sabiq baş məşqçisi Valeri Qazzayevi III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Sportline.az xəbər verir ki, bu barədə Ria Novosti Sport nəşri məlumat yayıb.
Məhşur rusiyalı mütəxəssis Valeri Qazzayev 1954-cü il avqustun 7-də Vladiqafqazda, Şimali Osetiyada anadan olub. Qazzayev futbolçuluq karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. O, 1995-ci ildə Alaniya ilə ölkə çempionu olduqdan sonra şöhrət qazanıb.
10 il sonra isə Qazzayevin rəhbərlik etdiyi ÇSKA UEFA Kubokunu qalibi olaraq Rusiya Federasiyasının tarixində beynəxalq titul qazanan ilk komanda olub. Ötən gün Valeri Qazzayev 70 yaşını qeyd edib.