Qabriel Lima: "Azərbaycan futzalçıları qisas almağa çalışacaqlar"
Futzal üzrə Avropa çempionatının ilk turunda Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya seçməsinin kapitanı Qabriel Lima oyun haqda fikirlərini bölüşüb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, Lima onları çətin oyunun gözlədiyini deyib:
"Hazırda Azərbaycan millisinin heyəti iki il əvvəlkindən çox güclüdür. Üstəlik, onlara təcrübəli məşqçi rəhbərlik edir. Heyətdə də yeni və güclü oyunçuları var. Bizə iki il əvvəlki kimi asan olmayacaq. Azərbaycan futzalçıları qisas almağa çalışacaqlar".
Xatırladaq ki, İtaliya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.