"Qalatasaray" 16 oyun sonra məğlub oldu

”Qalatasaray”ın bütün turnirlərdə davam edən 16 oyunluq qələbə seriyası "Ayntraxt Frankfurt" qarşısında alınan məğlubiyyətlə sona çatıb. 

Sportline.az xəbər verir ki, "Sarı-qırmızılılar" son məğlubiyyətini 29 martda “Beşiktaş” səfərində 2-1 hesabı ilə yaşamışdı. 

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının Liqa mərhələsində ilk oyunda "Ayntraxt"a 1-5 hesabı ilə uduzub. Növbəti matç sentyabrın 30-da İstanbulda "Liverpul"la olacaq.