“Qalatasaray” beş futbolçusu ilə vidalaşacaq

Türkiyə nəhənglərindən olan "Qalatasaray" mövsüm başlamadan beş futbolçusu ilə yolları ayırmaq istəyir.

Sportline.az "Sabaha" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" Viktor Nelsson, Derrik Köhn, Karlos Kuesta, Premslav Frankovski və Elias Yelertlə müqaviləyə xitam verəcək.

Klub rəsmiləri futbolçulardan bəzilərin icarə əsasında göndərməyi planlasalar da, adı çəkilən beş oyunçunun müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Okan Buruk Nikolo Zanyolonun "Qalatasaray"dakı gələcəyinə növbəti həftə aydınlıq gətirəcək.