“Qalatasaray” bu gün “Ayntraxt”la qarşılaşacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” ilk turu səfərdə “Ayntraxt”a qarşı keçirəcək.

İstanbul klubunda əsas itki Viktor Osimhenin olmamasıdır.

“Ayntraxt”da isə Rasmus Kristensen, Mario Götze və Yessik Qankam zədədən əziyyət çəkir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək oyunu italiyalı hakim Marko Quida idarə edəcək.