“Qalatasaray” “Budyo Qlimt”ə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Qalatasaray” “Rams Park”da “Budyo Qlimt”lə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda İstanbul klubunda yeganə itki Vilfred Sinqonun adı ilə bağlıdır.
“Budyo Qlimt”də isə itkilərin sayı kifayət qədərdir. Brade Matiyas Moe, Ulrik Saltnes, Yostein Qundersen və Ola Braynhildsen baş məşqçi Kyetil Knutsenin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 20:45-də səslənəcək matçı ingiltərəli hakim Maykl Oliver idarə edəcək.