"Qalatasaray" daha bir ulduzu hədəfləyib
"Qalatasaray" Mauro İkardinin transfer hüququna yiyələnmək niyyətindədir.
Sportline.az Takvim qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu istəyini reallaşdıra bilməsə, digər ulduz futbolçunu heyətə qatmağı planlaşdırır.
Söhbət Belçika millisinin forvardı Romelu Lukakudan gedir.
Qeyd edək ki, Mauro İkardi mövsümün sonuna, daha dəqiq desək iyunun 1-nədək icarə əsasında "Qalatasaray"ın formasını geyinəcək.