“Qalatasaray” danimarkalı futbolçu ilə yola davam edir
İstanbul nəhəngi “Qalatasaray” 25 yaşlı müdafiəçisi Viktor Nelssonun müqaviləsini artıracaqını açıqlayıb.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” oyunçuya 4 illik müqavilə təklif edib. Rəhbərlik oyunçuya illik 2 milyon avro maaş ödəyəcək.
Müqavilənin yaxın günlərdə rəsmi olaraq açıqlanması gözlənilir.
Qeyd edək ki, Viktor Nelsson “Qalatasaray”da çıxış etdiyi 134 matçda 4 qol 1 asistlə yadda qalıb.