"Qalatasaray" heyətini nigeriyalı oyunçu ilə gücləndirib

Qalatasaray basketbol komandası nigeriyalı oyunçu Ebuka İzundu ilə 1+1 illik müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə "Sarı-qırmızılılar"ın rəsmi saytı məlumat yayıb.

27 yaşlı basketbolçu ötən mövsümü Almaniyanın "Oldenburq" klubunda keçirib.

Ebuka Almaniya Super Liqasında 9.1 xal və 5.6 ribaund ortalaması ilə çıxış edib.

Qeyd edək ki, təcrübləli forvard daha əvvəl "Strazburq" və "Real Betis" komandalarının formasını geyinib.