“Qalatasaray” İkardi ilə müqaviləyə xitam vermək istəyir
“Qalatasaray” argentinalı futbolçusu Mauro İkardi ilə müqaviləyə xitam vermək qərarına gəlib.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi İkardinin zədəsinin ciddi olduğunu düşünür. Futbolçu mövsümünün sonuna qədər yaşıl meydanlara çıxa bilməyəcək.
Klub İkardiyə zədəli olduğu halda maaş vermək istəmir.
31 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Rəhbərlik qış transfer pəncərəsi dövründə yeni hüçümçu alacaqlarını açıqlayıblar.
Qeyd edək ki, Mauro İkardi “Tottenhem”lə matçda ağır zədə alaraq mövsümü erkən başa vurub.
Təcrübəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 6 qol və 1 asistlə yadda qalıb.