"Qalatasaray" ilin sürpriz transferinə hazırlaşır
Türkiyə Superliqasının lideri "Qalatasaray" ilin sürpriz transferinə hazırlaşır.
Sportline.az xəbər verir ki, söhbət "Mançester Siti"nin futbolçusu İlkay Gündoğandan gedir.
"Qalatasaray" rəhbərliyi 32 yaşlı futbolçu üçün təklifə hazırlaşır.
Qeyd edək ki, Gündoğanın İngiltərə nəhəngilə müqavilə müddəti bu yay bitir.