“Qalatasaray” klubu kolumbiyalı futbolçunun transferində israrlıdır

“Fluminense”nin kolumbiyalı futbolçusu Con Arias karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəhbərliyi 27 yaşlı futbolçu üçün “Fluminense”yə 7 milyon avro ödəməyə hazırdır.

Klublar arasında danışıqlar davam edir.

Transferin yanvarda reallaşacağı gözlənilir.

Qeyd edək ki, Con Arias bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 6 qol və 3 asistlə yadda qalıb.