“Qalatasaray” klubu Nelssonla vidalaşacaq

“Qalatasaray”ın danimarkalı futbolçusu Viktor Nelssonun yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Real Betis” klubu Nelssonu transfer etməkdə israrldır.

İspaniya klubunun rəhbərliyi Nelsson üçün “Qalatasaray”a 20 milyon avro ödəməyə hazırdır.

V.Nelsson “Qalatasaray”dan ayrılmaq istəyir.

Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Nelssonun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 10 matça iştirak edib. Təcrübəli futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.