“Qalatasaray” “Monako”ya qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna start verilir.
Sportline.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Monako” ilə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda “cimbom”da əsas itki İsmail Yakops və Vilfred Sinqonun adı ilə bağlıdır.
Fransa klubunda isə Kristian Mavissa, Erik Dayer, Ansu Fati və Corc İlenikhana baş məşqçi Sebastien Pokoqnolinin sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də başlanacaq oyunu niderlandlı hakim Danni Makkeli idarə edəcək.