“Qalatasaray” qələbə qazandı

Türkiyə Çempionatının 8-ci turunda lider “Qalatasaray” öz meydanında “Alanyaspor”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, “Qalatasaray” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Görüşdə yeganə qolu 28-ci dəqiqədə Yunus Akgün vurub.

Qeyd edək ki, “Qalatasaray” 22 xalla çempionata başçılıq edir. “Alanyaspor” isə 9 xalla 11-ci pillədə qərarlaşır.